Xəyalə Sevil - Necə dəyişmişəm?
Necə dəyişmişəm?
Ürəyincəmi?
Bu ruhsuz, duyğusuz
Halım necədi?
İndi, yoxsa öncəmi?..
Qəfil ürəktutmasıtək
Tutmuşam ürəyimi.
Hara qoyum?
Küncəmi?
Təzə-təzə sevinirdim,
Təzə-təzə sevirdim.
Dağıtmısan,
Qoparmısan qönçəmi.
Özünü bir özgəsiylə
Nə vaxt dəyişir insan?
Nə vaxt?
"Böyüyüncəmi?"