Əlirza Həsrət : - ÜRƏK NEYLƏDİ

Ədəbiyyat 09:18 / 31.07.2025 Baxış sayı: 1118

 

Çətir tutmuşdular Günəşi kəndə,

Dağlar da məst idi dumanda,şəndə.

İlk dəfə mən onu görüb sevəndə,

Bildinmi sinəmdə ürək neylədi?

 

Vurdu hər addımda yağış,qar məni,

Neçə sehrləyən naxış var məni.

İlahi,o gözlər,baxışlar məni,-

Divanə eylədi,kövrək eylədi.

 

Bağbanın könlünü tərs alan gözəl,

Çiçəyi budaqdan tər salan gözəl,

Əslidən,Leylidən dərs alan gözəl,

Əlirza Həsrəti görək neylədi?!