Emin PİRİDƏN TARİXİ GÜNƏ ŞƏRH
Sülhə aparan bu yolda kiminsə dəryada damla qədər rolu varsa, nə xoşbəxtdir. Bu fotoya isə ən gözəl şərh poeziyası körpə qəlbi qədər saf, pak olan Məmməd Arazın bu şeiri olar.
Əridib silahları
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə Mars arasında, --
Müharibə olmasa!
Yer min illik barını
Bircə gündə yetirər,
Alim ayı, ulduzu
Dartıb yerə gətirər, --
Müharibə olmasa!
General gözündə də
Bu hissi duyur adam:
“Tullayıb çinlərimi
Bir kənddə sədr olaram, --
Müharibə olmasa!”
Bəşərin qapısından
Vaxtsız ölüm gen düşər,
İnsanın saçlarına
Yüz yaşında dən düşər, --
Müharibə olmasa!
Sevənlər aləmində
Nə qəm, nə həsrət olar,
Bəşərin gülləsi -- söz,
Sözü -- məhəbbət olar --
Müharibə olmasa!