Əlirza HƏSRƏT  - ZƏRDÜŞT OCAĞIDIR AHIM

Ədəbiyyat 20:16 / 14.04.2026 Baxış sayı: 296

 

Gözlərimi əcəb tutub,

O dağların duman yeri.

Hayandan basım bağrıma,-

Duman şehi daman yeri?

 

Başım üstə uçur bir quş,

Nə eniş bilir,nə yoxuş.

Gözlərim suyu qurumuş,-

Bir sahilsiz ümman yeri.

 

Mən eşq qulu,sən də şahım,

Nə gecəm var,nə sabahım.

Zərdüşt ocağıdır ahım,

Dəli könlüm Şaman yeri