Fərhad Tapdıqoğlu - Beytlər
=
Susuz çöllərdə də su gələr arxa,
Arxa bir dəryaça olarsa arxa.
=
Dərd əlindən boş yer yoxdur sinəmdə,
Bu sıxlıqdan dərd də bezib ,sinəm də.
=
Biri əziyyətlə ev-eşik qurdu,
Paxılın qarnında tərpəndi "qurdu".
=
Kaş ki,insan olan kəs yeməyə haram tikə,
Çalışıb halallıqla bağ sala,bir ev tikə.
=
Nə bəxtinə bel bağla sən,nə zərə,
Zəhmətinlə uğur qazan,gəlməyəsən nəzərə.
=
Paxıl insan yaxşılarçün bir milçək,
Tanrım onun gözlərinə sən mil çək.
=
Savadın ,biliyin varsa da başda,
Bir az tez,bir az gec olarsan başda.
=
Yaşa doldun,əzaların aşındı?
Hünərin var dərə-təpə aş indi.
=
Qocalanda arsızlığı buraxdınsa yaxına,
Fərq eləməz,saçlarına rəng qoyursan ,ya xına.
=
Kasıb bir koma tikdi,sevincindən uçurdu,
O komanın da damın güclü külək uçurdu.
=
Əgər zatı qırıqsa tanış olduğ(un)uz kəsin,
Dərhal uzaqlaşaraq ,onla salamı kəsin.
=
Əgər doğma yaddaşa ,dönər onda yad daşa,
Bu sözləri oxuyub,sən həkk eylə yaddaşa.
=
Kim ki,yaratdığın(ın) üstündə əsər,
İnanın, alınar bir gözəl əsər.
=
Yar yarına gərəkdir hər cəhətdən yaraşa,
Lazım gəlsə yarı üçün dağ-dərəni yar aşa.