SABAHIN  HAVASI    -  Paytaxtda  yağış yağacaq 

MƏMLƏKƏT 13:32 / 14.04.2026 Baxış sayı: 340

 

Bu  gün ,  yəni aprelin 14-ü gündüzdən 15-i gündüzədək   Bakıda və Abşeron yarımadasında   arabir yağış yağacağı gözlənilir.

Yenises.az  bildirir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimalı var.

Bildirilib ki, Azərbaycanın rayonlarında yağıntılı hava şəraitinin fasilələrlə aprelin 15-i səhərədək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.