Sabir Rüstəmxanlı -  ƏVƏZ ELƏMİR

Ədəbiyyat 10:30 / 14.04.2026 Baxış sayı: 391

 

Məni atdın, atıb getdin, əzizim…

Mən bu axşam unudulmuş bir kəsəm.

Yar itirmək hər ağrıdan ağırdı.

Bir gecədə qara saçım ağardı…

Əldə bir qədəh şərab səni əvəz eləmir.

 

Həsrətli xatirələr səni əvəz eləmir.

Şəkillərdən baxışın səni əvəz eləmir.

Yastığımda göz yaşım səni əvəz eləmir…

İlk bahardı?

Son bahardı?

Unutdum...

Dan yerini kipriyimlə ağartdım.

Niyə mənə qismət oldu intizar?

Ürəyimə niyə yağdı yağışlar?