Şair, publisist Kamalə Abiyeva ilə görüş keçirilib.
Bakı şəhər Mədəniyyət Baş idarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Mərkəzi Kitabxanasında şair, publisist Kamalə Abiyeva ilə görüş keçirilib.
Tədbirdə şəhid ailələri,qazilər, istedadlı yazıçı, şair, publisist Aysel Əlizadə, şəhid Elçin Şəmiyev adına 149 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Elmi Cəmiyyəti və tələbələri, universitetin müəllimi, TEYC-nin sədri Lalə Məcidova, Cahangir Cahangirov adına xorun solistləri Mədinə Səlimova, Riyad Eyvazov və b. iştirak ediblər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Mərkəzi Kitabxananın direktoru Jalə Əliyeva giriş sözü ilə tədbiri açaraq qonaqları salamlayıb.
Tədbir zamanı şairin yaradıcılığı haqqında çıxışlar edilib. XMKS Oxuculara Xidmət şöbəsinin müdiri Vəfa Ağamalıyeva qeyd edib ki,
Sözlər bəzən sadəcə cümlə deyil…
Bir ürəyin səssiz harayıdır.
Bəzən insanın içində elə hisslər olur ki, nə danışa bilir, nə də unutmağı bacarır…
Elə anlarda sözlərə ehtiyac yaranır — amma hər söz də ürəyə toxunmur.
Kamala Abiyeva Aydın Qızı o səssizliyi sözə çevirənlərdəndir, sənin deməyə cəsarət etmədiyini sakitcə yazır… Hər oxuyan, öz hekayəsini tapır.
Onun cümlələri səs-küylü deyil,amma oxuduqca içində nələrsə dəyişir.
Və anlayırsan ki,ürəyə toxunan yazılar təsadüfi olmur…
Onlar yaşanmış,sənin içində gizlədiyin hisslərin səsidir.
Tədbirdə Kamalə xanımın şeirləri səsləndirilib,həmçinin sözlərinə bəstələnmiş mahnılar ifa edilib.
Aysel Əlizadə kitabxanalarla məktəblərin birgə fəaliyyətinin, belə görüşlərdə şagirdlərin iştirakının əhəmiyyətini xüsusi vurğulayıb.
Sonda sevimli şairimiz Kamalə Abiyeva iştirakçıların suallarını cavablandırıb, maraqlı görüş üçün hər kəsə öz minnətdarlığını bildirib.
XMKS-nininformasiya-resurs şöbəsinin müdürü Nilufər Abdullayeva