Xıdırlıya    növbəti köç karvanı yola düşdü

MƏMLƏKƏT 09:08 / 29.07.2025 Baxış sayı: 3257

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Yenises.az  bildirir ki,   bu gün, yəni , iyulun 29-da Bakıdan Ağdam rayonunun Xıdırlı kəndinə yola salınanlar respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu  gün   Xıdırlı kəndinə daha 60 ailə - 236 nəfər köçürüldü.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələriniyerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.