Ələddin Əzimli - ƏHVALIM BARƏDƏ
Vaxt keçə-keçə
adamların
adı çıxır yadımdan.
Sifətlərini də unuduram.
Hərdənbir
kitab oxuyur,
nəsə yazıram.
Sən gördüyün vaxtdan
üz-gözümdən, libasımdan başqa,
heç nə
dəyişməyib həyatımda.
Səhərlər
çətinliklə də olsa,
yuxudan durur,
axşamlar təzədən yatıram.
Gecələr
üsünü bulud örtən
Ay kimi
gözlərdən itirəm.
...Bir düşün dərin-dərin,
bax belə keçir
son günlərim...