GORANBOY LƏTİFƏLƏRİ - təqdim etdi Ələsgər Əlioğlu
DƏDƏNİN QARNI QURDLA DOLUDUR-3
Çayçı Ələkbər görür ki, qonşu uşağı onun çəpərini bir qıraqdan qazıqlayır.Yaxınlaşıb soruşur:
-Nə iş görürsən, a bala?
Uşaq:
-Ələkbər əmi, balıq tutmağa gedəcəm.Ona görə qazıb yerdən bir az qurd çıxarıram.-deyə cavab verir.
Çayçı Ələkbər istehzayla dillənir:
-A bala. qurd lazımdır, yerini deyim də!.. Dədənin qarnı qurdla doludur.Daha biçənəyi qazıqlayıb niyə bu kökə salırsan!?
YƏHƏRİ-YÜYƏNİ APAR...
Qonşularından biri Cinli Əlinin qapısına gəlir:
-Ay Əli kişi, atını bir-iki saatlıq ver mənə.
Uşaq xəstələnib,mollaya dua yazdırmağa gedəcəm.
-Cinli Əli bildirir:
-Qonşu, at möhkəm yağır olub. Belindən qan axır.Mümkün deyil. Amma sən də birdən-ikiyə mənə ağız açmamısan. İndi səni əliboş yola sala bilmərəm. Heç olmasa, o yəhərlə yüyəni götür apar...