Təbrik edir, sevincinə qoşuluruq, ŞAİR!

MƏDƏNİYYƏT 21:39 / 15.09.2025 Baxış sayı: 10917

Bişkekdən  Neftçalaya gələn şad  xəbər  təkcə  onu yox, həm də ədəbiyyat camiyəsində  olan hər  kəsi  sevindirdi.Bu  xəbər  istedadlı  şair, publisist  və  həm də  seçilən  məllimlərimizdən olan Elnur Uğur Abdiyevə ünvanlanmışdı.

Yenises.az dəyərli  dostumuz, şair  Elnur Uğur Abdiyevlə əlaqə saxlayıb  şad xəbərin     təfərrüatını öyrəndi. Şair  bildirdi ki:

 - Bu gün mənim üçün ikiqat sevincli gündür; həm Bilik Günü bayramı sevinci ,həm də Qırğızıstan Yazıçılar Birliyinə üzv seçilməyimin sevinci...Məni bu yüksək ada layiq görən ASKEF- ə və bu qurumun Orta Asiya ölkələri üzrə təmsilçisinə,məxsusən olan adlara təşəkkür edirəm.

Biz də  Elnur  müəllimi ürəkdən TƏBRİK edir  və ona yeni  uğurlar arzulayırıq!