Aləmzər Sadiqqızı : - Tozunu aldıqca keçmişin....

Tozunu aldıqca keçmişin....
Çirkinləşir xatirələr...
Ərimək də bilmir..
Yuxusu qaçmış gecələr...
Üzü üstə çökmüş min üzlü yalanlar,
Toxunsam diksənir unutmaq istədiklərim...
Unutmaq qədər aciz deyil içimdəki doğrular.
Vətəni olmayan sevgilər kimidi...
Bir gecəlik yuxular...
Hələ də mələklər layla çalır,
İçimdə kiritdiyim arzulara...
Bir gün almalar düşməyəcək...
Yaşamadığım nağıllara...
Kirpiyimdən qar yağacaq...
Saçlarımdan küləklər...
Üşüyəcək içimdəki çiçəklər.
anası olmayan quzular kimidi...
İçimdə inləyən sevdalar...
Özgə evdə yuxu görməz,
Özümlə daşıdığım dərdlər...
Hardasa yollarda qalar...
Açılmayan səhərlər..
Dönər durar...
Başına döndüyüm qəmlər...
Yuxum əsir qızların gözləri kimidi...
özgə yerdə səhərəcən yol çəkər.
31 .7.2016.