Fərhad Tapdıqoğlu - Dustaq həyatı yaşamış insanların məclislərinin öz "qayda- qanunları" var.

YAZARLAR 08:45 / 08.10.2025 Baxış sayı: 2493

Şahidi olduğum maraqlı toy əhvalatları

=19=

 

Belə toylarda çox diqqətli ,həm də səbrli olmalısan.Əsas odur ki,onların " böyüklərinin " dediklərinə əməl edəsən.

Mən bir neçə dəfə belə toylar idarə etmişəm.

Bir toyda demək olar ki,heç əziyyət çəkməmişəm.Şəhərdə cinayət aləmində tanınmış biri çalğıçıların yanında yerdə əyləşərək, əl işarəsi ilə rəqs edənlərə " bəsdir,kifayətdir" deyirdi.

Onun bir sözünü iki eləyən təbii ki,yox idi.Əgər o insan olmasaydı ,təsəvvür edirəm nələr baş verərdi.

Başqa bir toyda isə ,kim nə qədər istəyirsə ,oynayırdı.Mənə dedilər işin olmasın,qoy oynasınlar,yorulub çıxacaqlar.Məndən ancaq məclisi açıq elan etmək,çıxış edənləri mikrofon önünə dəvət eləmək,toyu onlar dedikləri zamanda bitirmək tələb olundu .Elə də etdim...

...Məclislərin biri daha maraqlı idi.Sünnət toyu idi,özü də kişi toyu.Qadınlar yox idi məclisdə.150 - 200 arası qonaq vardı.

Rəqs meydançasında bir nəfərin digərinə bıçaq çıxarması həyəcan,qorxu ,stres keçirdiyim an oldu.

Doğrudur,başqa biri yaxınlaşıb ,sakitçə bıçağı oldan aldı.Görünür " böyükləri" idi.

Həmin o " böyük " şadlıq sarayının müdirindən xahiş etdi ki,polisləri zala dəvət eləməsin.Hətta müdirə " hörmət " də elədi.

Belə toylarda ən çox səslənən müsiqi "Dolya vorovskaya" olur. Bu ziyafətdə də belə oldu.

(Onu qeyd eləyim ki,təkcə kriminal toylarda deyil, həmin " kriqun" qonaq kimi iştirak etdiyi bütün toylarda o müsiqini sifariş verirlər).

Həmin toyda bir saatdan bir müsiqiçilərə də ,mənə də istirahət verirdilər:

--Biz çörək yeyirik.Siz də yeyin,dincəlin- deyirdi " başçı,böyük".

Demək olar ki, çalğıçılar da,mən də bir saatdan artıq "istirahət etdik". O məclisdə qonaqlar yaxşı pul da xərclədilər.

...Başqa bir şənliyi də xatırladım.

Şadlıq sarayının inzibatçısı hələ iki həftə əvvəl mənə demişdi ki,"filan tarixdə bir " kriminal" toy var.Sən mədəni insansan,əziyyət çəkəcəksən.Başqa tamadaya deyərik"

Mən maraq üçün həmin toya gəlib,müsiqiçilərin yanında əyləşdim.

Ziyafətdə iştirak edənlərin

bəlkə də yarısı mənim yaxşı tanıdığım insanlar idi.Hamısı mənimlə səmimi görüşürdü.

Həmin o " kriminallar"ı mən onlar yeniyetmə olandan tanıyırdım.Valideynləri də qonşu kənddən id, gənc yaşlarından Sumqayıta gəlib yaşayırdılar.

Doğrusu mən bilmirdim ki,onlar cinayətkar aləmin adamlarıdır.

Təəssüf etdilər ki,özləri tamada gətiriblər.Mənə də

söz verdilər,çıxış etdim,bəy- gəlini təbrik elədim.

Onu qeyd eləyim ki,mənim "cibimə də pul basdılar"

(aparıcı olduğum toylardan da xeyli artıq məbləğ idi )...

Bax belə...

Xatırladıqlarımı yazdım.

Allah bütün balaları xöşbəxt eləsin.

Allah hər birimizi mərdimazarlardan ,kriminallardan, cinayətkarlardan uzaq eləsin.

Amin.