Aqşin Yenisey : - Geyim birmənalı şəkildə əxlaqın göstəricisidir

YAZARLAR 13:08 / 29.07.2025 Baxış sayı: 2158

Boş çənələrdə belə bir deyim dolaşır: geyim əxlaq göstəricisi deyil!

Heç bir mədəni, tarixi, sosioloji əsası olmayan deyimdir.

Dünyada elə bir əxlaqi təlim yoxdur ki, özünün geyim forması olmasın: buddistlər, sufilər, rahiblər, islamçılar və s. bütün əxlaq təmsilçiləri bir-birilərindən geyimi ilə fərqlənir.

Müasir dediyimiz geyimlər də əxlaqın müasir halının geyim formalarıdır. Müzakirə olunan da müasir geyimlər deyil, o geyimlərin altında gizlədilmiş əxlaqdır.

Geyimin mənşəyi əxlaqdır. Əxlaq olmasaydı indi biz də bu istidə qurbağa kimi hamamdan lüt-üryan çıxıb hoppanardıq məhlədə.

Geyim birmənalı şəkildə əxlaqın göstəricisidir. Əlbəttə, kimsə əxlaqın özünü qəbul etməyə bilər.