Şahidi olduğum toy əhvalatlarından - yazdı Fərhad Tapdıqoğlu
=16=
Toylarda tamadaların ( aparıcıların ) çətinlik yaşadıqları anlar toya aşın,tortun verilməsi və toyu bitirməkdir.
Bildiyiniz kimi axşam saat doqquzdan sonra " beyinlərin qızan " vaxtıdır.
Çoxları oynamaq istəyir .
Növbə yaratmaq da çətinləşir ,sərxoş ,özlərini idarə etməyi bacarmayanlarla danışmaq onları yola vermək insandan inanılmaz dərəcədə
təmkin ,səbir, iradə tələb edir.Elə anlar olur ki, hətta səni təhqir də edirlər .
Bir tərəfdən də şadlıq sarayının inzibatçısı ya əli ilə işarə vurur ,ya yanına süfrəçi ( ofisiant) göndərir ki, "aşı ver,rəqqaslar başqa yerə də gedəcəklər"
Toy yiyəsi də "mənim qonaqlarım oynayır,saxla aşı"- deyir.( Bəzən isə özü də elə hey oynayır)
Di gəl də..
Bir təhər,"başına dönüm,qurbanın olumla məsələni həll edirsən .Amma nə qədər stress yaşayırsan.
Tort kəsiləndə də eyni hallar baş verir.Bəzən məcbur olursan bəy- gəlini rəqs etdikləri zaman tortu kəsməyə dəvət edirsən( təəccüblənənlər
olursa da susurlar)...
Yaşlı insanların diskoteka oynaması da maraqlı alınır.
Bir də görürsən ki,bir sərxoş sənə deyir ki," saxla,diskotekanı,bir hava
çalsınlar ,mən oynamaq istəyirəm"...
...Sumqayıtda saat 10-nu keçən kimi inzibatçı da,süfrəçi də,viedo operarorun arxasınca "şnur dartan" da,mətbəxdən boylanan qabyuyan da sənə işarə vurur ki,toyu qurtarasan.
Yenə stress,yenə həyəcan...
Toy sahibi ilə ,inzibatçı ilə ortaq məxrəcə gəlib ,birtəhər şənliyi başa vurursan.
...Və bəy-gəlin zaldan çıxandan sonra dərindən
nəfəs alıb,musiqiçilər və tamada üçün hazırlanan süfrəyə tərəf gedirsən...
Allah bütün balaları xöşbəxt eləsin.