Kəmalə Abiyeva - Hələ payıza vardı...

Ədəbiyyat 10:41 / 16.09.2025 Baxış sayı: 6216

Hələ payıza vardı,

havanın üzü çöndü.

Elə hey yağış yağdı,

yayım payıza döndü...

 

Ürəyimin yerinə

yoxsa göylərmi dindi?

Doymadım çiçəyinə

yayım payıza döndü..

 

Mən ki,yaz gözləyirdim,

Yazım yolundan döndü.

Buludlar dağılmadı,

yayım payıza döndü...

 

Bir vüsal ağlar qaldı,

Ayrılıqsa sevindi.

Arzular xəyal oldu,

Yayım payıza döndü.