Bir otaq dolusu darıxdım yenə - yazdı  Şövkət Zərin Horovlu.

Ədəbiyyat 11:40 / 16.09.2025 Baxış sayı: 2107

 

 

Daha təkəm,sənsizəm deməyəcəm,

Təkliyi toz kimi süpurüb

üstümdən tökəcəm,

Sənli xatirələri də xəyalıma bükəcəm.

Ünvana çatmayıb

üstümə qayıdan məktublar da

daha yaxmayacam ,

Tənhalıq unutdurub çoxunu,

Canımdan çıxaracam

sağ ikən unudulmaq kimi

dəhşətli qorxunu,

İçımdə boğacam yalqızlığın xofunu.

Küləklər pəncırəmdə

Sənsizlik ninnisi çalanda,

Rəsmin yuxularımdan asılanda,

Gözümün həsrət yaşını,

İçumdəki sükun daşını

çıxarıb atacam bir dəfəlik,

Yenə səni görəcəm, bir vaxtlar

gördüyüm kimi,

Yenı səni sevəcəm

əzəl sevdiyim kimi,

Bir də məni axtarıb tapmaya

təklik.