Saqif Qaratorpaq - Getdim,salamat qal...yolum uzaqdı

Ədəbiyyat 14:17 / 16.04.2026 Baxış sayı: 249

***

Getdim,salamat qal...yolum uzaqdı,

Qismətdi,nə vaxtsa dönəm,dönməyəm...

Bir sevda vermisən mənə,bəsimdi,

Alovu səngiyib,odu sönməyən.

 

Bir də xatirən var,əzizdən əziz,

Gecə də,gündüz də varaqlayıram.

Çox da məndən ötrü narahat olma,

Darıxsam,şəklini qucaqlayıram.

 

Məni yol aparır,gedirəm hələ,

Bilmirəm,nə zaman dönərəm geri.

Yollar qarışıbdı biri-birinə,

Bəlkə sənə tərəf qayıtdı biri...

20.04.2025.