Əbülfət  Mədətoğlu : - Atillanın 8  yaşının ŞEİRİ

Ədəbiyyat 12:52 / 16.04.2026 Baxış sayı: 269

Atam  deyib. çağırıram atamın, 

Daşıyırsan, yaşadırsan soyunu...

Nəticəsi - sən  sadə  bir  adamın -

Qucaqlaya  bilmədi o, boyunu!

 

 

Pardaxlanır  içimdəki  ümidlər,

Artır sənə hər  gün  mənim inamım...

Sən  məktəbdə  qazandığın  biliklər -

Cöstərir ki, sabahına  inanım!

 

Dəcəlliyin, istəklərin  təbii 

Bu  yaşında  seçilirsən   hər  kəsdən!

Əzmikar  ol,  həmi də  saf  əməlli -

Öz  yolunda düşmə  heç  vaxt  həvəsdən!

 

Adın  kimi, uğurun da  seçilsin

 Öndə  ol sən, hər  bir  zaman Atilla!

Doğmaların  fərəhlənib  sevinsin -

Qürur  duysun,  yaşatdığın adınla!