Xəyalə Sevil - Həyat onsuz da çətindi
Ədəbiyyat
10:47 / 16.04.2026
Baxış sayı: 288
Həyat onsuz da çətindi,
Qayıt, sevincin olaram.
Hamıdan qaçmağa yerin,
Çatmağa küncün olaram.
Bu üç-beş günlük dünyada
Gör, nə yaşadıq, nə qaldı?
Harda, kimlə olur, olsun,
Sevgi həmişə halaldı.
Məndən aslı deyil axı,
Səndən aslı olan şeylər.
Hələ varam, bacarmırsan,
Gör, tək olsan, sənə neylər?!
Həyat onsuz da çətindi,
Qayıt, sevincin olaram.
Hamıdan qaçmağa yerin,
Çatmağa küncün olaram.