Bəhram Bilaloğlu - Səhra kimi açıqdır
Səhra kimi açıqdır
Söylədiyim fikirlər.
Təsbehin dənəsindən
Keçir xeyli zikirlər.
Şəhadət verirəm ki,
İzim haqqa tərəfdir.
Müsəlmanam, İlahi,
Mənim üçün şərəfdir.
Kimsəyə toxunmaram,
Sözüm olsa da qılınc.
Keçərəm əziyyətdən,
Dözüm olsa da qılınc.
Eşq qapısı hər zaman
Bəndeyi aşkardadır.
Qəlbi ərp bağlayanın
Könlü ahu zardadır.