Məmməd Qədir : - Sevgilim, səni

Ədəbiyyat 20:00 / 20.04.2026 Baxış sayı: 745

 

Ah, paramparçayam, yaram bitismir,

Etdiyim dualar qəbula keçmir,

Səsim qulağına nədən yetismir,

Laldı çağırmaqdan bu dilim səni,

Harda itirmisəm, sevgilim, səni!

 

Göylər silkələnir qıyyalarımdan,

Bax, daş da qalmayıb qayalarımdan,

Görən çağırırmı röyalarından,

Sahilində ölmüş bu lilim səni, -

Harda itirmisəm, sevgilim, səni!

 

Axi daş könlümü çapan sən idin,

Azmış taleyimdən tapan sən idin,

Sevginlə yoğurub yapan sən idin,

Nə qumum unutmur, nə gilim səni, -

Harda itirmişəm sevgilim səni!

 

Sormadığım quldur, qaçaq qalmayıb,

Nəzir qoymadığım ocaq qalmayıb,

Vallah gəzmədiyim bucaq qalmayıb,

Aymı kəsib yeyib bir dilim səni, -

Harda itirmişəm, sevgilim, səni!

 

Aç, qatil olmağın surrini göstər,

Öldürdüyün məndə dirini göstər,

Yerdəsən, göydəsən, yerini göstər,

Gülüm, işarə ver, de bilim səni, -

Harda itirmisəm, sevgilim səni!