VAQİF YUSİFLİ-YAZARLARIMIZIN İSTƏKLİ DOSTU

YAZARLAR 12:14 / 20.04.2026 Baxış sayı: 169

 

Bu gün   dünyaya  gəlişini  qeyd  etdiyimiz   görkəmli ədəbiyyatşünas alim Vaqif Yusifli AYB-nin Mingəçevir bölməsində təmsil olunan yazarların da yaxın dostu-sirdaşıdır. 2011-2022-ci illər aralığında bölmənin xəttiylə AYB-nin Natəvan klubunda keçirilən 11 çeşidli tədbirin hamısında iştirak etməyi özünə borc bilmiş, etdiyi çıxışlarla yazarlarımızı məmnun etmişdir.

Vaqif müəllim 2014, 2016, 2018 və 2022-ci illərdə nəşr etdirdiyimiz “Aranın söz sovqatı”, “Uzaqdan gələn səs”, “Bir ocağın şöləsiyik” və “Ruhumuzun yaz havası” adlı almanaxları barədə qəlbindən keçənləri səsləndirməklə bərabər, bir neçə qəzet və onlayn dərgilərdə dərc etdirdiyi dərin məzmun kəsb edən məqalələrində də nəşrlərimizə öz münasibətini bildirmişdir.

Vaqif Yusiflinin şəxsən mənim ədəbi yaradıcılığım barədə də elmi xarakterli bir neçə sanballı yazıları var.

Bir sözlə, həssas qəlbli bu fenomen elm xadiminin əyalətdə yaşayan söz adamlarına, o cümlədən mingəçevirli yazarlara yönəlik diqqəti və rəğbəti digər ədəbiyyatşünas alimlərə nisbətən daha önəmlidir.

Alim kimi dəyərli, dost kimi etibarlı və insan kimi sadə-səmimi Vaqif Yusiflini doğum gününü həm özümün, həm də AYB Mingəçevir bölməsinin ətrafında cəmləşən yazarlarımız adından təbrik edir, ona həyatın ən gözəl neməti olan cansağlığı, könül xoşluğu, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

İsmayıl İmanzadə

Azərbaycan Yazıçılar Bİrliyi Mingəçevir bölməsinin sədri