Ağaevli Əli Hacı: - Pəncərəmdən gələn qonağa
Ədəbiyyat
12:46 / 20.04.2026
Baxış sayı: 221
Görən bu quş kimin ruhu?!
Keçib evin için gəzir.
Otağlardan otağlara
uçub qərib köçün gəzir ?!
Pəncərədən yolu açıq,
uçsun əli,qolu açıq.
Bu təmirsiz,bu yarımçıq
ev-eşiyi nəyçün gəzir?!
Ay ürəyim dur,arxa dur
gözlərimdə su axtarır !
Damarda qan laxtalanır
dən axtarır,biçin gəzir !