Əbülfət Mədətoğlu  - ÖZÜMƏ  İRAD  ŞEİRİ

Ədəbiyyat 10:09 / 20.04.2026 Baxış sayı: 242

Bacarmadım mən gülməyi , hamı tək

Təbəssümlə yola verdim gülməyi..

Cücərəndə ürəyimdə bir istək -

Yasaq oldu onu , dilin bilməyi!

 

Mən aşsam da gecə, gündüz dağ- dərə

Nə etdimsə , onu etdimm bir kərə!..

Güvənmədim nə talehə, nə zərə -

Təbiidi verdiyinin gəlməyi!

 

Əbülfət sus, amanın da, gələcək

Saman kimi, zamanında gələcək!

Bil ki, vaxtın tamamında gələcək -

Hay -küy  edib  gözdən  salma, ölməyi!