Kamala Abiyeva Aydın Qızı  - SƏN   VƏ  MƏN

Ədəbiyyat 13:13 / 20.04.2026 Baxış sayı: 197

 

Sən və mən...

Bir zaman rast gəldik,

Üz-üzə dayandıq. Bunu möcüzə sandıq

Möcüzəyə inandıq...

Sən və mən... Bir zaman görüşdük,

Vüsalı, həsrəti bölüşdük.

Bunu məhəbbət sandıq,

məhəbbətə inandıq...

əlinə toxunanda əllərim sevinərdi.

gözlərim oxuyardı gözlərin nə deyərdi.

Sən və mən...

Bir zaman yanıldıq-ayrıldıq...

biz nə vaxt səhv etdlk... bilmədik...

Suallar inlədi,cavablar. dinmədi...

xəyallar dağıldı, arzular ağladı,

duymadıq ayrılıq çətindi.

nə olsun ölmədik biz o an.

Biz indi ölürük anbaan...

Sən və mən... Bir zaman görüşdük

vüsalı, həsrəti bölüşdük..

Bir sevgi nağılı başladıq

Bir sevgi ömrünü yaşadıq.

Bilmədik bir zaman səhv etdik,

ayrıldıq əbədi...

Bu sevgi nağılı tez bitdi

sonunda üç alma düşmədi...