Ramiz Qusarçaylı - Tanrım, daha bu ömrə

Ədəbiyyat 12:55 / 20.04.2026 Baxış sayı: 245

Tanrım, daha bu ömrə-

Günə etibar yoxdu.

Sünnü,şiə...

son nömrə

Dinə etibar yoxdu.

 

Sənsiz hər yan türmədi,

Yatdım, heç kəs görmədi...

Sünbül-sünbül sürmədi

Dənə etibar yoxdu.

 

Ağladıblar, gülmüşəm,

Gülə-gülə...

ölmüşəm,

Bir də gördün gəlmişəm,-

Mənə etibar yoxdu.