Xəyalə Sevil - Guya nə düzdü ki, indi,

Ədəbiyyat 11:35 / 20.04.2026 Baxış sayı: 191

Guya nə düzdü ki, indi,

Getmə, səhvim ol mənim.

Yenə qarışdır fikrimi,

Yenə məhvim ol mənim.

 

Ürəyin uçursa mənə,

Dayandırma, nəyi pisdi?

Bu boz-bulanıq dünyada

Bir qırıq rəngim ol, bəsdi.

 

Nə çöldəyəm, nə yuvada,

Ömür ötüşür yanımdan.

Başıma gələn hava da

Canımdan çıxır, canımdan.

 

Guya nə düzdü ki, indi,

Getmə, səhvim ol mənim.

Yenə qarışdır fikrimi,

Yenə məhvim ol mənim.