Nüsrət  Kəsəmənli - BİR SEVDA AĞLAYIR...

Ədəbiyyat 10:46 / 20.04.2026 Baxış sayı: 228

 

Gəl dedim, koksümə yaralı düşdü,

Əl açdım, əllərim aralı düşdü,

Ona bu ağ dünya qaralı düşdü,

Bir sevda ağlayır içimdə mənim.

 

Qədri bilinmədi,

Ömrü qırıldı,

Həsrət boyun bükdü,

hicran yoruldu.

O hər gün incildi,

hər gün vuruldu,

Bir sevda ağlayır içimdə mənim.

 

Min gül solduranlar

min gül dərdilər,

Yüngül çiçəkləri

yüngül dərdilər,

Mən ürək açanda

baxıb gördülər

Bir sevda ağlayır içimdə mənim...

 

Dünəni bükülü xatirəsinə,

Vurğundur bu günü xatirəsinə,

Qısılıb mürgülü xatirəsinə

Bir sevda ağlayır içimdə mənim.

 

Bacara bilmədim özüm-özümlə,

Dil tapa bilmədi işim sözümlə,

Mənim fəryadımla,

Mənim gözümlə

 

 

Mənəm daş daşıyan o məhəbbətə,

İtmiş qaş-daşıyam o məhəbbətə,

Özüm başdaşıyam o məhəbbətə,

Bir sevda ağlayır içimdə mənim.

 

Gec oldu qədrini mən biləndə də,

Sevinci yaşayıb, qəm böləndə də

Üzümə baxmayın,

mən guləndə də

Bir sevda ağlayır içimdə mənim...