Şeirlə ört üstümü- Arzu Kazımqızı Nehrəmli

Ədəbiyyat 20:34 / 20.04.2026 Baxış sayı: 774

 

İçimi sarıb ahım,

Qəhərdimi, tüstümü.

Üşüyürəm Allahım,

Şeirlə ört üstümü.

 

Nə evəm, nə eşiyəm.

Ayrılıq günəşiyəm,

Qəmə ilk, sonbeşiyəm.

Dərd dağıdır köksümü

 

Viranam göy üzündə,

Gecədir gündüzümdə,

Tapmazsız mən dözümdə,

Ucaldın eeey, büstümü.