Ayaz Arabaçı - Məni hər vaxt dar ayaqda

Ədəbiyyat 10:27 / 21.04.2026 Baxış sayı: 226

Məni hər vaxt dar ayaqda,

Birinci dostlar buraxdı.

Sonra isə can dediyim,

Candan əziz yar buraxdı.

 

Batmaz dedim,batdı qanım,

Niyə yanım-kimə yanım,

Nə qalmağı çəkdi canım,

Nə getməyə ar,buraxdı.

 

Keçəmmədim tabuları,

Çıxdı sözün babıları..

Ürəyimin qapıları,

Soyuq çəkdi,qar buraxdı.

 

Qan ağladım zarı-zarı..

Baxmadılar mənə sarı

Tanrı niyə adamları,

Yer üzünə kar buraxdı.

 

Dərd doğuldu,dərd içindən,

Yolum qandan,atım cindən,

Dərdim göyə sevincindən,

Fişəng atdı,şar buraxdı.

 

Yox ağında,qarasında,

Ömür bunun harasında...

Qollarımın arasında

Hərə bir məzar buraxdı..