Əbülfət Mədətoğlu Dəniz pıçıltıları
Ləpələr özünü sahilə atır
Görən hansı istək, hansı eşq ilə?!
Ləpələr sahildə istəyə çatır -
Qovuşur İlahi, özəl eşqinə!
***
Yanağında qızartı var dənizin -
Səhər çağı Günəş öpüb, bilməyib...
Bir xoşbəxtlik bəzəyibdi bənizin -
Ona görə heç dəniz də silməyib -
üzünü!..