UNUT  yazdı Kəmalə  Abiyeva

Ədəbiyyat 11:45 / 31.07.2025 Baxış sayı: 2163

 

Boynubükük bir atanın

gözlərindən cığır salan

bir ananın saçlarında dən-dən olan

dərd gördünmü?

O saçlarda dolandınmı?

O gözlərdən həyatına boylandınmı?

Sən kədəri gördünmü heç?

Bilirsənmi necə olur?

kədər vətən yarasıdı, kədər torpaq ağrısıdı.

Bəs sevinci gördünmü sən?

Hələ gizlənqaç oynamaq arzusunun

torpaq üçün

Şəhid olmaq arzusunda ölməsində,

atasının daş şəklinə qucaq açan

bir körpənin gülməsində

ağrı içində qıvrılan,kədərlə qolboyun olan

o sevinci gördünmü sən?

dərdlərini, kədərini yığ üst-üstə

Bax sevincin gözündəki

o qürürlu kədərə bax protez üstə

və həyatdan sevinc istə,gör olurmu?

Olmasa da, heç darılma.

Bir də qar soyuqluğunu duymayacaq

uşaqlığın

qartopu oynamaq istəyinin əlindən tut.

bütün dərdlərini unut.