Üzü Xıdırlıya -  BÖYÜK QAYIDIŞ

MƏMLƏKƏT 18:56 / 31.07.2025 Baxış sayı: 2525

Prezident İlham Əliyevin tapş,ırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yenidən qurulan Ağdam rayonunun Xıdırlı kəndinə gəlib çatdı.

Yenisesz xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 58 ailə - 225 nəfər köçürülüb.

 

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.