Əşrəf Veysəlli - DÜŞƏCƏK

Ədəbiyyat 09:30 / 30.04.2026 Baxış sayı: 157

 

DAĞIN DAĞ EŞQİ VAR, düzün düz eşqi,

Yolum bu dağlara düzdən düşəcək.

Bu ölü könlümə yaşamaq eşqi

Dediyin bir şirin sözdən düzəcək.

 

Gözümə təpərəm versən şəklini,

Gözlərim göz bilər görsə şəklini.

Dəcəl kirpiklərim qırsa şəklini

Gözlərim ömürlük gözdən düşəcək.

 

Demədim, sirrimi bilmədi heç kim,

Qaldı qapılarda utancaq eşqim.

Bu ahıl vaxtımimda bu uşaq eşqim

Abırdan, həyadan, üzfən düşəcək.

Baxdım, baxışların keçdi hücuma,

Gecikmiş qismətə, bəxtə acıma.

Bu qara günlərdən qara saçıma

Bir anın içində yüz dən düşəcək.

Getmə, heç olmasa dayan bir anlıq,

De, çoxmu sürəcək bu hökmranlıq?

Taleyim zülmətdir, bəxtim qaranlıq,

Ora işıq düşsə,…

SİZDƏN düşəcək.

1994- cü il.