Bə -hram Bilaloğlu - Azandır ruhuma dəva...
Azandır ruhuma dəva,
Qəlbimə siz toxunmayın.
Açın qulaq pərdələrin,
Şeytana iz buraxmayın.
Cismə qida verənlərin
Çoxu unutmuş azanı.
Gözü doymayan nə bilər
Harda olur ruh mizanı?
Qəmlənməyə səbəb gəzmə,
Yox ehtiyac, söylə kəsə.
Bir udumluq nəfəs üçün
Allah yetər qəlbi səsə.
Kəm baxanlar nicat tapmaz,
Tapdıqları qubar olar.
Təqva haqqın ödəməyən
Qaynadıqca buxar olar.