Mehdi Calal -   QAYIDIR

 

Ədəbiyyat 14:00 / 29.04.2026 Baxış sayı: 200

    İnsan yalanlarla gəlir dünya

    Sonra həqiqəti bilib, qayıdır.

  Ağlaya-ağlaya gülür dünyaya,

     Özü göz yaşını silib, qayıdır.

 

            Ağlaya-ağlaya gülür dünyaya,

            Özü göz yaşını silib, qayıdır.

 

            Dünya başdan-başa sevgi “dağı”dı,

            Torpaq ruhu uçmuş can yatağıdı.       

            Hamı bir-birinin qəm ortağıdı,

            Qəm “necə çəkilir”,- gülüb, qayıdır.

 

            Əməllər şeytanın diqtəsindədi,

            Can ruhun, ruh canın qəfəsindədi.

            Bəndə Yaradanın səcdəsindədi,

            Hər gün neçə dəfə gəlib, qayıdır.

 

            Nuhun insanı-dərd, dərdləri-insan,

            Dünyaya dərd əkir, dərd dərir insan.

            Zamanın sükanın döndərir insan,

            Bölünməz dərdləri bölüb, qayıdır,

 

            Bir sirri-xudadı, -Kim vaqif deyil?!

            Mehdi Calal kimi nə ağla, nə gül!

            Alın yazısından xəbərsiz, qafil

            Doğulub-yaşayır, ölüb-qayıdır...