Yadigar Təvəkgul - Aşiqiyəm..
Gözümü yolda qoyan zalım ürək aşiqiyəm,
Dəli sevdama könül etməsə şəkk aşiqiyəm..
Necə hicranə düşüb yandısa eşqində canım,
Dərk eylədim bu qəmin axıradək aşiqiyəm..
Demişəm ki, sevəcəm məhşərəcən, öz yarımın
Peşman eyləməsə çərxi-fələk, aşiqiyəm..
Hərə bir şey diləmiş, əl açıb öz rəbbindən
Mən dedim vəslə çatım, gör nə dilək aşiqiyəm..
Yadigar gəldi ki söz məclisinə əhsən ala
Mən nə alqış dilədim, mən nə çiçək aşiqiyəm...