Aləmzər Sadıqqızı - Anılardan...

Ədəbiyyat 19:39 / 25.02.2026 Baxış sayı: 307

 

Məndən başqa kimsə bilməz adını...

"Bu görüşdə kim uduzdu, kim uddu",

Sən uduzdun, mənsə yandım nəyi var...

Olsa-olsa sənə bir xoş xatirə,

Mənə isə bir əbədi ömür var.

 

Qış qurtarar, bahar gələr bilirəm,

Durnalar da dönər uzaq səfərdən.

Sən qalarsan yaddaşımın qışında,

Ömür bitməz sadəcə bir nəfərdən...

 

Sən ömrünü, mən nələri yaşadım...

Məndən sonra yaşayarsan, gülərsən.

Kimin ömrü harda qərar tutacaq?

Bilən bilir, bir gün sən də bilərsən.

 

Bu imtahan ağır oldu mənimçün,

Ölə-ölə bir ömür də qazandım...

Sən hələ də bilmirsən bu sevgidə,

sən oxuyan, mənsə hər gün yazandım.

 

Dəryalar mürəkkəb, meşələr qələm,

Bitənəcən bir məzarı qazaram.

Məndən özgə kimsə bilməz adını...

Mən adımı tarixlərə yazaram!

25.2.2025.