Elşən Əzim - Üstə

Ədəbiyyat 18:21 / 25.02.2026 Baxış sayı: 311

Dərd var, ömrün-günün yedəyindədir,

Qoşulur, çəkilir dərd ayaq üstə.

Namərd sürünməklə yüz yerə girir,

Sınır tən ortadan mərd ayaq üstə.

 

Bu kimdir, nə bilir, nədən danışır?

Havadan, torpaqdan, sudan danışır.

Yayxanıb kürsüyə nadan danışır,

Aqil də dinləyir pərt, ayaq üstə.

 

Zülmün zillətini azaltmaq olar,

Sönən ocaqları közərtmək olar.

Yayıb oxlov ilə düzəltmək olar,

Bu kündə dünyanı dördayaq üstə.