ÜRƏK AĞRISI - yazdı Əşrəf Veysəlli
Nədənsə həmişə tənginəfəsəm,
Elə bil babamla həmyaş olmuşam.
Əlim qələm tutan, ağlım söz kəsən
Ürək ağrısına yoldaş olmyşam.
Səfərə çııxmşam min bir həvəslə,
Gözlərim bələdçi, könlüm yolçudur.
Ancaq neyləyim ki, sol döşüm üstə
Sağ əlim çox zaman qarovulçudur.
Neçə ürəklərin yarımçıq qalan
Arzusu, istəyi ağrıyır orda.
Əlindən oğlunu güllələr alan
Analar hələ də ağlayır orda.
Dünən bir dostuma açıb dedim mən,
O, güldü, təsəlli verirdi sanki,-
Dedi:” sən bununla fəxr etmlisən,
Kişi azarına tutulmusan ki”…
Təkcə sol döşümdə deyil, bu ağrı
Özünə yurd salıb ilikdə, qanda.
Onsuz da bilirəm, bilirəm bir gün
Həyatı bu qədər sevdiyim üçün
Bu ürək ağrısı məni də tez- gec…
Di gəl ki, ürək də ağrımayanda
Elə bilirəm ki, yaşamıram heç.
Bir də neyləmək?
Bir şair demişkən,
Ürək ağrıyırsa yaşayır demək.
Yaxşısı budur ki, salmayaq yada,
Ağrıyır, deməli hələlik sağdır.
Ürək ürəkdirsə bizdən sonra da
Qalıb bu dünyada ağrıyacaqdır.
1967 - ci il.