Şakir Xanhüseyn - bu daşda nəsə...
***
bu daşda nəsə
çox yumçaqca bir şey çəkir diqqətimi,
çox yumşaqca.
suda axmayan,
odda yanmayan,
işıqda da görünməyən nəsə var bilirəm.
səsdə eşitmədiyim bir şeyin
daha çox marağındayam...
dayan,
buludda hərəkətlənməyən nə var, görəsən?
küləyin əsməyən,
yağışın yağmayan,
qarın əriməyən
hökmən, hökmən
nəyisə var, inan,
bir gedənin getməyəni kimi...