Elnur Uğur Abdiyev  - İçində

Ədəbiyyat 10:00 / 25.02.2026 Baxış sayı: 492

 

 

Ha çırpınır çıxa bilmir,

Boğulur adam, içində.

Adamsızlıq ağır dərddir,

Bu qədər adam içində.

 

Ağappaq üz var, içində

Kütə getmiş qara kündə.

Halallıq gəzmə, ey bəndə

Bu qədər haram içində.

 

Doğrumun başı qaldadır,

Yalan şipşirin bal dadır.

Kəbədə haqqı aldadır,

Çoxları ehram içində.

 

Can dəri qəfəsdə məhbus,

Yaşamaq istəyirsən sus!

Elnur Uğur, heyif,əfsus

Yaşa əhdi ram, içində!