Şövkət Zərrin Horovlu - Qalx ayağa, Azərbaycan!
Ayağa qalx Ana vətən , ulu yurd,
Üstündəki qatı dumanı dağıd.
Əlində Babəkin baurağını tut,
O tarixi torpaq ,o yurd sənindir?
Səslə Səttərxanı ,Xiyabanıni,
Məhşərə çəksinlər qoy Pəhləvini.
Unutma ,şah babanın nəsihətini
O tarixi torpaq ,o yurd sənindir.
İstiqlal səsini ucaldın aya,
“Bir dəstə gül arsln “, o tay, bu taya.
Dədə Şəhriyar da qalxa,oyana₽
O tarixi torpaq,o yurd sənindir.
Cərgələnib durun polad sədd kimi,
Dirək-dirək durun bir sərhəd kimi.
Araza vurulan yasaq bənd kimi,
O tarixi torpaq, o yurd sənindir.
Rəştdə Kuçik xanın kəsilən başi,
Gəlsin Pəhləviylə açsın savaşı.
Sevinsin yurdumun o baş bu başı,
O tarixi torpaq, o yurd sənindir.
Bu tayda Quzeyim danışa-dinə,
Zəncirlıri qırır xalqımız yenə.
Təbriz üsyan donun geyə əyninə,
O tarixi torpaq, o yurd sənindir.
1921 ci ildə,mərkəzi Rəst olan Gilan inqilabı vaxtı rus -fars sövdələşməsi nəticəsində Kuçik xanın Başını kürd Qurban kəsib Rza şaha aparıb palkovnik rutbəsi almışdl.