Kamala Abiyeva Aydın Qızı - SAHİLLƏRƏ

Ədəbiyyat 11:10 / 12.01.2026 Baxış sayı: 215

 

Cordano Bruno,

sən də insan axtardın,

kamilliyə inandın -

səni yandırdılar.

Səndən öncə Nəsimi vardı -

o da inandı,

kamil insan axtardı -

dərisin soydular.

Hərdən həqiqət ağır olur,

özündən ağır cəza alır.

Cahillər həqiqətin dərisin soyar,

odda yandırar.

Cordano, hələ də səni yandırırlar,

Nəsiminin dərisini soyurlar.