Ehtiram İlham - İLAHİ

Ədəbiyyat 20:41 / 11.01.2026 Baxış sayı: 641

*****

Nə daşlı-kəsəkli imiş

Dolanbac yolun, İlahi.

Cəfa verib, hal qoymadın,

Necədi halın, İlahi?

 

Ruzumu fələklər qapdı,

Xoş günü mələklər tapdı.

Sağımda küləklər qopdu,

Göynədi solum, İlahi.

 

Nə zulummuş düz yaşamaq,

Dərdi şəlləyib daşımaq.

Hara üz tutsun bu uşaq

ayağıyalın, İlahi?

 

Verdiyin dərd azalmadı,

Ehtiramda can qalmadı.

Başımdan əskik olmadı

Hər qalmaqalın, İlahi.

11.01.26.