Əli Hacı  Ağaevli - Qış yerini dəyişibmi ?!

Ədəbiyyat 10:42 / 11.01.2026 Baxış sayı: 611

Dostum Əli Həziyə gecə məktubu

 

Qış yerini dəyişibmi ?!

şəhərin qarı gəlmədi .

Əvvəlin sonu başladı,

sonun axırı gəlmədi !

 

Lənət dedi o yan,bu yan ,

Varmıdı onu tanıyan ?!

Min ildi şeytan daşlayan

haqq yolun yarı gəlmədi !

Get gecəni yat sözümə,

kəklikotu qat sözümə.

Ölçdüm boyumu özümə

sözdən yuxarı gəlmədi !

Gölgədən çəkib əlimi,

gün də tikmişdim evimi .

sonra sökmüşdüm evimi

gün ona sarı gəlmədi !

Öldüm,göy yağdı gəlmədi,

balam çağırdı gəlmədi !

Bəlkə,ağrıdı gəlmədi,

gəlmədi , Tarı gəlmədi...!