Əşrəf Veysəlli - KEÇƏRMİŞ
Həsrətinin əlləri imdadsız anaların
Ömrünü göy əskiyə bağlamaqnan keçərmiş.
Başında şimşək çaxar övladsız anaların,
Yetim qızın günləri ağlamaqnan keçərmiş.
Xoş günlərin qədəmi kəsilərmiş qapıdan,
Hər şey zamana bağlı, hər iş vaxtdan keçərmiş.
Çüy vurub bərkitməsən balta qaçar sapıdan,
Dəhrənin də boğazı sağanaqdan keçərmış.
Sevdiyim gözəllikər köıgən imiş sən demə,
Ən xoş havalar belə boğanaqdan keçərmiş.
Ömür adlı yol ki var,- örkən imiş sən demə,
Axırda məzar adlı doğanaqdan keçərmiş.
2017- ci il.