Xanım İsmayılqızı - YERİ
Ədəbiyyat
09:33 / 12.01.2026
Baxış sayı: 233
Görünməyən yollarda
Hələ ki, mənsiz yeri.
Gözlərimdə tutulub
Ömrümün sənsiz yeri.
Ürək qaldıra bilmir,
Zaman soldura bilmir,
Heç kim doldura bilmir
Məni sevənsiz yeri.
Nəfəsini gizləyir,
Az qala əlim dəyir.
Bilirəm, yol gözləyir
Ruhun bədənsiz yeri.
2015.